Fransa Ukrayna məhsulunu niyə "vurmaq" istəyir?

 Fransa Ukrayna məhsulunu  niyə "vurmaq" istəyir?
  29 Oktyabr 2024    Oxunub:832
Ukrayna çuğundurunun Avropaya tədarükünün dayandırılması Fransa istehsalçıları üçün təhlükə yaradır. Çünki bu, Avropa İttifaqında şəkərin qiymətinin aşağı düşməsinə səbəb olur.
Bu qiymətləndirməni Fransa Milli Assambleyasının üzvü Jordan Gitton Fransanın kənd təsərrüfatı və ərzaq naziri Enni Jenevarda ünvanladığı məktubda verib.

Fransa fermerləri üsyan qaldıra bilərlər
"Ukraynadan çuğundur idxalının həcmi 2022-ci ildən 2023-cü ilə qədər 20 min tondan 400 min tona, daha sonra 2023-cü ildə 700 min tona yüksəlib ki, bu da Avropa İttifaqında şəkərin qiymətinin 30% ucuzlaşmasına səbəb olub”, - məktubda qeyd edilib.

Gitton iddia edib ki, bu cür qiymət enişi birbaşa olaraq fransız çuğundur istehsalçılarına təsir edir. Onun sözlərinə görə, Avropa İttifaqı Fransanın çuğundur sənayesini qoruya bilmir. Bu da azmış kimi Aİ standartlara cavab verməyən çuğundurun idxalına icazə verir. Hansılar ki, fransız məhsulları üçün bu standartlar sərt şəkildə tətbiq olunur.

Deputat iddia edib ki, ukraynalı istehsalçılar becərmə prosesində Avropa İttifaqında qadağan olunmuş 29 maddədən istifadə edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna  





Xəbər lenti