Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərə yenidən baxacaq
Qeyd olunub ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb.
Bu baxımdan Ottava G7 və Avropa ilə razılaşdırılaraq Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacaq: “Biz bütün tərəfləri sakit olmağa, Gürcüstan hakimiyyətini isə dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”, - bəyanatında deyilir.
AzVision.az
Teqlər: