Nazir Akopyanın dəbdəbəli maşını ilə bağlı sualdan yayındı

Nazir Akopyanın dəbdəbəli maşını ilə bağlı sualdan yayındı
  28 Oktyabr 2024    Oxunub:794
Ermənistanın maliyyə naziri Vahe Hovanisyan parlamentdə gözlənilməz sualla qarşılaşıb.
Jurnalistlərdən biri ona "baş nazirin həyat yoldaşı Anna Akopyan hansı səbəbdən 134 min dollar dəyərində "Lexus LX 500" avtomobilində gəzir? Buna nə üçün ehtiyac duyulub?" suallarını ünvanlayıb. Nazir sualları cavablandırmaqda çətinlik çəkib.

Vahe Hovhannisyan dəbdəbəli yolsuzluq avtomobilinin alınmasını belə izah etməyə çalışıb: "Görünür, dövlət təhlükəsizlik xidmətinə tabe olan ixtisaslaşmış strukturlar bu dəyərdə xərci məqsədəuyğun hesab ediblər".

Jurnalistlər dərhal nazirə xatırladılblar ki, Paşinyan özü hətta müxalifətçi deputat olarkən o vaxtkı hökuməti zəngin bürokratik avtoparka və daha çox rəsmi avtomobillərə görə tənqid edib. İndi isə Paşinyanın rəhbərlik etdiyi Nazirlər Kabineti mütəmadi olaraq yeni avtomobillər alır. Nazir bu suala ritorik sualla cavab verib: “İstəyirsiniz ki, biz köhnə maşınları sürək?!”
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti