AzVision.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso “Standard” nəşrinə müsahibəsində hadisənin bu ay Polşa ilə sərhəddəki Dukla keçidində baş verdiyini deyib. Həmin vaxt burada Karpat-Dukla hərbi əməliyyatının 80 illiyi şərəfinə tədbirlər keçirilib.
Tədbir iştirakçılarının ərazisinə daxil olarkən metal detektorunun çərçivəsindən keçən şəxsin üstündən güllə ilə tam dolu tapançanın tapıldığı bildirilir.
Xatırladaq ki, bu ilin may ayında artıq Slovakiyanın baş nazirinə qarşı sui-qəsd törədilməsai nəticəsində o, üç yara alıb: qarın boşluğunda, əzalarında və döş qəfəsində.
Sahil İsgəndərov
AzVision.az