Hindistan silahının 3 əsas alıcısı kimlərdir?

   Hindistan silahının 3 əsas alıcısı kimlərdir?
  28 Oktyabr 2024    Oxunub:891
Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistan müdafiə məhsullarının ən böyük idxalçıları olublar.
AzVision.az xəbər verir ki, öz mənbəsinə istinad edən “The Times of India” qəzetinin yazdığına görə, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Son bir ildə satışlar 2,6 milyard dollar olub.

“Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə avadanlığı, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilə bağlayıb. Ermənistan Hindistanın istehsal etdiyi “Akaş” hava hücumundan müdafiə (HHM)raketlərinin ilk xarici alıcısı olub”, - qəzetdə dərc olunan materialda bildirilir.

Hindistanın ABŞ-yə ixracı əsasən qlobal təchizat zəncirlərinin və kompensasiya öhdəliklərinin bir hissəsi kimi Hindistandan təyyarə və helikopterlərin gövdəsi, qanadları və digər hissələrini alan “Boeing” və “Lockheed Martin” kimi qlobal müdafiə nəhəngləri də daxil olmaqla, alt sistemlərdən və komponentlərdən ibarətdir.

Qəzetə məlumat ötürən mənbənin dediyinə görə, Fransa isə Hindistandan çoxlu proqram təminatı və elektron avadanlıq idxal edir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Hindistan   silah   alıcılar  





Xəbər lenti