Türkiyə Prezidenti İsraili regional münaqişəyə başlamaqda ittiham edib

Türkiyə Prezidenti İsraili regional münaqişəyə başlamaqda ittiham edib
  26 Oktyabr 2024    Oxunub:1060
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-na keçən gecə İrana hücum edən İsraili regional miqyasda münaqişəyə başlamaqda ittiham edib.
AzVision.az xəbər verir ki, o bu barədə ölkənin cənub-şərqindəki Hatay vilayətində bildirib.

“Qərb gücləri tərəfindən təqdir edilən İsrail hökuməti regional münaqişənin qaynağını yandırmağa çalışır. Ümid edirəm ki, bu oyun baş tutmayacaq”, - deyə Ərdoğan qeyd edib.

Bundan əvvəl İsrailin İrana zərbələri Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənərək, bu hücumla Təl-Əvivin bölgəni daha böyük müharibənin astanasına gətirdiyini vurğulamışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti