"Həqiqətən də, Qəzza zolağında müharibəni başa çatdırmağın artıq vaxtı çatıb. Əvəzini hamımız çox ağır ödəyirik, əziyyət çəkirik. Hamımız qurbanıq: bir-birimizdən heç bir fərqimiz yoxdur", - o deyib.
Sabiq nazir İsrail-"Hizbullah" münaqişəsinə də münasibət bildirib.
"Hizbullah"ın tamamilə dağıdılması" ideyası mənə real görünmür. “Hizbullah"dan tələbimiz BMT-nin 1701 saylı qətnaməsini yerinə yetirərək, Livanın şimalına çəkilməsi olmalıdır", - Beylin vurğulayıb.
Blinken Yaxın Şərqə gedir |
Xatırladaq ki, HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvar dünən İsrail əsgərləri tərəfindən Qəzza zolağındakı Rəfəh şəhərində planlaşdırılmamış əməliyyat çərçivəsində öldürülüb. Nəticədə İsrail və HƏMAS arasında atəşkəs üçün yeni imkan yaranıb. Danışıqların vasitəçilərindən biri, ABŞ Dövlət katibi Antoni Blinken imkanı dəyərləndirmək məqsədilə Yaxın Şərqə növbəti dəfə səfərə gedib.
Firudin Həmidli
AzVision.az