Ukraynanın XİN rəhbəri Türkiyəyə gedir

Ukraynanın XİN rəhbəri Türkiyəyə gedir
  20 Oktyabr 2024    Oxunub:1062
Oktyabrın 20-dən 22-dək Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyədə rəsmi səfərdə olacaq.
Ukraynanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Sibiqa Ukrayna-Türkiyə əməkdaşlığına dair mühüm danışıqlar aparacaq.

Ankaraya səfəri çərçivəsində SqibaTürkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və ticarət naziri Ömər Bolat ilə görüşəcək.

Görüşlər zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi qələbə planına, Ukraynanın NATO-ya inteqrasiyasına və Sülh Formulasına “xüsusi diqqət” ayrılacaq.

Andrey Sibiga həmçinin İstanbulda SAHA EXPO 2024 müdafiə-sənaye sərgisində iştirak edəcək və burada Türkiyənin müdafiə şirkətləri ilə görüşlər keçirəcək. Onun Türkiyənin Ukrayna və Krım tatar icmaları ilə də görüşü gözlənilir.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti