Alimlər erkən qocalma ilə mübarizənin yolunu tapıblar

Alimlər erkən qocalma ilə mübarizənin yolunu tapıblar
  20 Oktyabr 2024    Oxunub:1351
Ürək-damar sistemi ilə əlaqəli bir protein erkən qocalma sindromu (progeriya) ilə mübarizədə istifadə edilə bilər. Milli Sağlamlıq İnstitutunun və Dyuk Universitetinin alimləri araşdırmaları nəticəsində belə qənaətə gəliblər.
Qeyd olunur ki, vaxtından əvvəl qocalmadan əziyyət çəkən insanlar daha çox ürək çatışmazlığı və ya insultdan ölürlər. Onların orta yaşama müddəti 6 ildən 20 ilə qədərdir.

Elm adamları progeriya xəstələrində angiopoietin 2-nin (Ang2) əhəmiyyətli disregulyasiyasının olduğunu aşkar ediblər. Bu, yeni qan damarlarının meydana gəlməsində iştirak edən və bədəndə normal qan axınını təmin edən bir proteindir.



Təcrübələr nəticəsində məlum olub ki, progeriyası olan xəstələrə Ang2-nin tətbiqi endotel hüceyrələrinin funksiyasını yaxşılaşdırır və ürək-damar ağırlaşmaları riskini azaldır. Bu yanaşma vaxtından əvvəl qocalmadan əziyyət çəkən insanların sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş yeni müalicə üsullarının yaradılması üçün əsas ola bilər.

Qeyd edək ki, erkən qocalma sindromu diaqnozu qoyulanlar arasında ən uzun yaşayan Semmi Basson olub. O, 28 yaşında dünyasını dəyişib.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti