Paşinyana qarşı “kamikadze dəstələri” yaratmaq təklif olunub
"Beynəlxalq normalar və Konstitusiyamızın 3-cü maddəsində deyilir ki, dövlət və dövlət qurumları sənin hüquqlarını, ləyaqətini qorumursa, ancaq tapdalayırsa, sənin üsyan etmək haqqın var. Daha doğrusu, təbiətin verdiyi konstitusion hüququnuzdan istifadə etməlisiniz. Məhz, özünü müdafiə etmək, mövcud beynəlxalq normalara görə, üsyan adlanır. Biz üsyan etməliyik, ayağa qalxmalıyıq”, - keçmiş deputat bildirb.
Onun fikrincə, Ermənistanda konstitusiya quruluşunu qorumaq üçün hakimiyyət orqanları mütləq qovulmalıdır. “Nəyin bahasına olursa olsun” üsyan etmək lazımdır. “Nəyin bahasına olursa olsun” ifadəsi isə, bu hakimiyyəti və onun nümayəndələrini qovmalı olan “kamikadze dəstələri” yaratmaq deməkdir.
Sahil İsgəndərov
Teqlər: Akopyan Paşinyan kamikadzelər