Avroparlamentari Kiyevin “qələbə planı”nın məqsədini açıqladı

Avroparlamentari Kiyevin “qələbə planı”nın məqsədini açıqladı
  18 Oktyabr 2024    Oxunub:1227
"Ukrayna prezidenti Volodimir Zelenskinin hazırladığı “qələbə planı”nın əsas məqsədi Avropa İttifaqını (Aİ) Rusiya Federasiyası ilə birbaşa münaqişəyə sürükləməkdir".
Rusiya mediasının yaydığı məlumata görə, bunu Fransanın "Milli birlik" partiyasının funksioneri, Avropa Parlamentinin deputatı Tyeri Mariani bildirib.

Parlamentari Ukrayna liderinin hazırladığı sənədi reallıqdan uzaq “fantastik roman” adlandırıb. Onun sözlərinə görə, hətta Zelenskinin özü də başa düşür ki, siyasətçi müvafiq təşəbbüsləri həyata keçirə bilməyəcək.

Ukraynalı deputat: "Zelenskinin "Qələbə planı" real deyil"
“Zelenskinin bu münaqişənin əvvəlindən qurduğu yeganə plan Avropanı müharibəyə cəlb etməkdir”, - Mariani qeyd edib.

Ukrayna prezidentinin “Qələbə planı”nı Ali Radaya təqdim edəndən sonra bu məsələ geniş müzakirələrə səbəb olub. Zelenski Radada çıxışı zamanı planın bəzi bəndlərinin artıq mediada səsləndirildiyini deyib. O, ölkəsində “qələbə” sözünün bəzi insanları narahat etdiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Deputat   Münaqişə  





Xəbər lenti