Araşdırma zamanı tədqiqatçılar orta yaşı 40 olan 1300-ə yaxın insanı məktəbdə su qıtlığı ilə bağlı uydurma bir hekayə oxumağa dəvət ediblər. Oxuduqdan sonra onlardan məktəbdə nə etməli olduğuna dair fikirlərini və bu rəyi formalaşdırmaq üçün kifayət qədər məlumata malik olduqlarına inanıb-inanmadıqlarını soruşublar. Araşdırma müəyyənləşdirib ki, insanlar yalnız bir rəyi oxuduqda həmin fikirlə daha çox razılaşır və bu mövzuda kifayət qədər biliyə malik olduqlarına əmin olurlar. Yalnız bir nöqteyi-nəzərdən oxuyan qruplar öz biliklərinə daha çox güvəndiklərini bildiriblər.
"Yaşıl enerji" də qaradır: Sonumuzla bağlı yeni nəzəriyyə |
Fletşer bildirib ki, beynimiz çox az məlumatla ağlabatan bir nəticəyə gəlməyə çalışır və bu zaman özünə həddindən artıq arxayın olur. İnsanlar adətən bir vəziyyət haqqında bütün məlumatlara sahib olub-olmadıqlarını şübhə altına almırlar.
Harvard Kennedi Hökumət Məktəbinin professoru Todd Rogers araşdırmanın nəticəsini “diqqət çatışmazlığı” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu vəziyyətin dərmanı “maraqlı və təvazökar olmaqdır”.
Tədqiqatçılar bu araşdırmanın nəticəsini həm ümidverici, həm də təəccüblü hesab edirlər. Bu, bir az ümid verir ki, insanlar nəyisə bildiklərini zənn etdikdə belə, yeni dəlillərə əsaslanaraq fikirlərini dəyişməyə açıq ola bilərlər.
AzVision.az