İran İsrailə hücumla bağlı ABŞ-yə xəbərdarlıq edib

 İran İsrailə hücumla bağlı ABŞ-yə xəbərdarlıq edib
  02 Oktyabr 2024    Oxunub:1069
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailə hücumlarla bağlı diqqət çəkən açıqlama verib.
O, bildirib ki, rəsmi Tehran ABŞ-yə İsveç vasitəsilə İsrailin raketlə vurulması İranın özünümüdafiə haqqı olduğu mesajını çatdırıb. Rusiya mediasının yaydığı məlumata görə, həmçinin nazir rəsmi Vaşinqtonu baş verəcək hadisələrə müdaxilənin qəbuledilməz olması barədə xəbərdar edib.

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi
"Xarici işlər nazirinin qeyd etdiyi kimi, hücumdan sonra İran İsveçə xəbərdarlıq edib ki, mesajı Vaşinqtona yönəltsinlər. Bildirilib ki, raket hücumu özünümüdafiə ilə bağlı suveren hüquqdur və Tehran hücumları davam etdirmək niyyətində deyil. İran həmçinin ABŞ-yə xəbərdarlıq edib ki, proseslərdən kənara çəkilsin”, - Gazeta.ru yazıb.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   İsrail  





Xəbər lenti