Rumıniyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Rumıniyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb
  16 Sentyabr 2024    Oxunub:941
Məlumata görə Ruminiyada baş verən yeraltı təkanlar qonşu dövlətlərdə də hiss olunub.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 11,3 min nəfərin yaşadığı Nehoyu şəhərindən 17 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar Ukrayna, Moldova və Bolqarıstanda da hiss olunub.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti