Stoltenberq Moskva ilə dialoqun tərəfdarıdır, amma...

   Stoltenberq Moskva ilə dialoqun tərəfdarıdır,    amma...
  14 Sentyabr 2024    Oxunub:1624
NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin hələ 2022-ci ilə qədər Ukraynaya kifayət qədər hərbi yardım göndərmədiklərinə görə kefinin pozulduğunu deyib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, NATO-nun baş katibi bundan çox təəssüfləndiyini vurğulayıb.

“Təəssüf edirəm ki, NATO və müttəfiqlər Ukraynanın gücləndirilməsi üçün əvvəllər çox iş görməyiblər. Ukrayna Silahlı Qüvvələrinin hərbi təchizatının həcmi və hərbi personalının təlimi məhduddur. Amma o zaman Kiyevin NATO-ya qəbulu ideyası nəzərdən keçirilmirdi”, - blokun rəhbəri deyib.

Maraqlıdır ki, ifrat anti-Rusiya mövqeyi ilə seçilən Yens Stoltenberq, bununla belə, təhlükəsizlik məsələləri barədə Moskva ilə dialoqa çağırıb. O, eyni zamanda, bu dialoqun Ukraynanın gücünə söykənməli olduğunu iddia edib.

- Mən hələ də Rusiya ilə müdafiə və çəkindirmə ilə bağlı dialoqa inanıram. Mənalı dialoq üçün güclü olmalıyıq. İndi bunun üçün çox az imkan var, 2014-cü illə müqayisədə, demək olar ki, yoxdur. Bir şey aydındır: bu müharibəni bitirmək üçün nə vaxtsa Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır. Amma bu, Ukraynanın gücünə əsaslanmalıdır”, - deyən Stoltenberq danışıqların başlanmasının qaçılmaz olduğunu etiraf edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   NATO   Rusiya  





Xəbər lenti