O Ankaranın Moskvanın mövqeyini anlayacağına ümidli olduğunu söyləyib: "Ümumiyyətlə bu mövzu türk dostlarımızla aramızda olan fikir ayrılıqları kateqoriyasına aiddir. Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Biz öz mövqeyimizdən çəkilmirik. Ümid edirik ki, Ankaraya bizi başa düşəcək.
Rusiya Ərdoğanın Krımla bağlı dediklərinə baxmayaraq, Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Ümumilikdə isə Türkiyə ilə əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. ABŞ-nin təzyiqlərini yumşaltmaq cəhdlərinə gəlincə, rəsmi Ankara bizimlə ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək də daxil olmaqla, öz maraqlarını rəhbər tutmağa davam edir”, - Peskov bildirib.
Xatırladaq ki, iki gün öncə Türkiyə prezidenti Krım Platforması liderlərinin IV Zirvə toplantısına videomüraciətində yarımadanın Ukraynaya qaytarılmasına
çağırış etmişdi.
Tural Tağıyev
AzVision.az