Starmer: "Putin müharibəni istənilən vaxt bitirə bilər"

      Starmer:    "Putin müharibəni istənilən vaxt bitirə bilər"
  13 Sentyabr 2024    Oxunub:1301
"Ukraynada müharibəni Rusiya başladıbsa, Rusiya da bitirməlidir. Ukraynanın özünümüdafiə hüququ var".
Bu sözləri Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtona səfərindən qabaq jurnalistlərə təyyarədə verdiyi açıqlamasında bildirib.

Ötən günlərdə ABŞ Dövlət katibi Antoni Blinken ilə Britaniyanın xarici işlər naziri Devid Lemminin Kiyevdə danışıqları nəticəsində "Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirilməsinə" icazə verilib. Rusiya liderinin bu məsələyə cavabən vurğulayıb ki, "belə bir icazənin verilməsi artıq NATO-nun müharibəyə müdaxiləsidir".
Lavrov: "NATO Kiyevə kəşfiyyat məlumatları ötürür" - VİDEO

Starmer isə, öz növbəsində, ölkəsinin "Ukraynaya bu, ya digər yardımı davam etdirəcəyini" söyləyib.

Yeri gəlmişkən, Kir Starmer Vaşinqtona səfəri çərçivəsində Prezident Co Baydenlə xüsusi görüş keçirəcək. Danışıqlarda Ukrayna ilə yanaşı Yaxın Şərqdəki vəziyyətlə də bağlı müzakirələr aparılacağı bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Rusiya   Ukrayna   müharibə  





Xəbər lenti