Ermənistanın müdafiə nazirinin keçmiş müavini dövlətə 200 milyon ödəyəcək

Ermənistanın müdafiə nazirinin keçmiş müavini dövlətə 200 milyon ödəyəcək
  12 Sentyabr 2024    Oxunub:836
Ermənistan müdafiə nazirinin keçmiş müavini Alik Mirzabekyan dövlətə 200 milyon dram (təxminən 500 min dollar-red.) ödəyəcək.
Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, keçmiş məmurla aidiyyəti qurumu arasında qanunsuz əmlakın dövlətə qaytarılması ilə bağlı xüsusi barışıq müqaviləsi bağlanıb.
Xatırladaq ki, Mirzəbekyan bu vəzifədə 2007-2016-cı illərdə çalışıb. Prokurorluq 2020-ci ilin oktyabrında Mirzabekyanın əmlaklarının mənşəyini yoxlamağa başlayıb. Daha sonra nazir müavinindən və onunla əlaqəli şəxslərdən 5 daşınmaz əmlakın, bir nəqliyyat vasitəsinin, 12 bank əmanətinin və 74 milyon dramın dövlətə qaytarılması tələb edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti