Baqrat çevrilişə hazırlaşır - Keşiş hərbi canilərlə görüşdü

      Baqrat çevrilişə hazırlaşır    - Keşiş hərbi canilərlə görüşdü
  12 Sentyabr 2024    Oxunub:1109
“Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın eks-prezidentləri, hərbi canilər Robert Koçaryan və Serj Sarkisyanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalı məlumat yayıb.

“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş isə onun ofisinin təqdim etdiyi üzrlü səbəblərə görə hələ ki, baş tutmayıb”, - deyə məlumatda bildirilir.

Yerli media görüşün sentyabrın 22-nə planlaşdırılan aksiya və xüsusi tədbir ərəfəsinə salınmasını diqqət çəkən məqam kimi qiymətləndirib. Qeyd edilib ki, Qalstanyan təkcə Ermənistanın keçmiş prezidentləri ilə deyil, keçmiş qondarma rejimin siyasi qüvvələri, o cümlədən iki separatçı rəhbərlərlə də təmasda olub. İddia olunur ki, inqilabçı keşiş "Qarabağ klanı"nın tör-töküntüləri ilə çevriliş etməyə hazırlaşır.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Bakı ilə İrəvanın Tavuş istiqamətində sərhədin delimitasiyasına başlamasından sonra aktivlşib. İnqilabçı keşiş razılığın əldə olunmasını görən kimi revanşistləri fəallaşdırmağa başlayıb. O, mayın 9-da Tavuşdan İrəvana təşkil olunan yürüşə rəhbərlik edib. Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırdı. İyun ayında isə etirazlar dayandırılıb. Lakin hərəkat payızda aktiv siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bəyan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti