Fransalı deputat mandat büdcəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə günahlandırılır

Fransalı deputat mandat büdcəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə günahlandırılır
  11 Sentyabr 2024    Oxunub:682
İfrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Kristin Anqran (Christine Engrand) mandat büdcəsindən şəxsi məqsədlərinə görə istifadə etməkdə günahlandırılır.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, “Mediapart”ın apardığı araşdırmaya əsasən K.Anqran 2022-2023-cü illərdə deputat mandatı üçün nəzərdə tutulan 5950 avro aylıq xərclər paketindən 10 min avrodan çox vəsaiti iki itinin saxlanması, ayda 39,99 avro “Tanışlıq” saytına üzvlük, eləcə də dəfn mərasimi kimi şəxsi xərclərə istifadə edib.

Media tərəfindən sorğu-sual edilən 69 yaşlı fransız deputat ödənişlərlə bağlı səhvləri əvvəlcə təkzib edib. Sonra o, özünə bəraət qazanmaq üçün bildirib ki, parlament və şəxsi bank kartlarını səhv salıb. Qeyd edib ki, mandatının əvvəlində parlament həyatının əsas qaydalarını bilməyib, deputat etikası ilə bağlı kitabçanı oxumayıb. O, bütün xərcləri kompensasiya etdiyini deyib. Bildirilir ki, əslində cari ilin iyulunda yenidən seçilmiş deputat parlament kartından sui-istifadə edərək yenidən seçilib.

K.Anqran qeyd edib ki, parlamentə seçiləndən sonra əvvəlkindən daha az pul qazanır və alıcılıq qabiliyyəti aşağı düşüb.

AzVision.az



Teqlər:





Xəbər lenti