Çexiyada 2,5 mindən çox məktəbə hədələyici məktublar daxil olub

Çexiyada 2,5 mindən çox məktəbə hədələyici məktublar daxil olub
  10 Sentyabr 2024    Oxunub:654
Çexiyadakı 2500-dən çox məktəb təhdid məktubları alıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkə polisi özünün "X" (keçmiş Twitter-red.) səhifəsində məlumat yayıb.

“3 minə yaxın məktəb yenidən təhdid dolu məktublar alıb”,- paylaşımda yazılıb.
Xatırladaq ki, ötən həftə ardıcıl olaraq dörd gün ərzində ölkə üzrə məktəblərə anonim şəxslərdən təhdid məktubları göndərilmişdi.

Maraqlıdır ki, Slovakiyadakı məktəblərə və təşkilatların ünvanına da təhdidlər yağdırılıb. Əsas təhdid isə ərazinin minalanması ilə bağlıdır. Hər iki respublikada əlavə təhlükəsizlik tədbirləri görülür. Slovakiyanın baş naziri Robert Fiko vəziyyəti şərh edərkən deyib ki, təhdid edən şəxslər sadəcə hakimiyyəti ələ salmağa çalışırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məktəb   Çexiya  





Xəbər lenti