Rusiya Müdafiə Nazirliyi genişmiqyaslı dəniz təlimlərinə başlayıb

   Rusiya Müdafiə Nazirliyi genişmiqyaslı dəniz təlimlərinə başlayıb
  10 Sentyabr 2024    Oxunub:775
Rusiya Hərbi Dəniz Qüvvələri “Okean-2024” strateji təliminə başlayıb. Təlimlər Sakit və Şimal Buzlu okeanların, Aralıq dənizi, Xəzər və Baltik dənizlərinin sularında baş tutacaq.
AzVision.az bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərə 90 mindən çox hərbi qulluqçu, 400-dən çox döyüş gəmisi, sualtı qayıq və donanmaya yardımçı gəmilər, hərbi-dəniz aviasiyasına aid 120-dən çox təyyarə və helikopter iştirak edəcək.

Təlimlərin birinci mərhələsi çərçivəsində güc qruplarının döyüş poliqonlarında yerləşdirilməsinin məşq edilməsi planlaşdırılır. “Okean-2024” strateji təlimi sentyabrın 16-dək davam edəcək.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Rusiya   hərbitəlim   Okean-2024  





Xəbər lenti