COP29 zamanı bağçalar işləyəcək?

   COP29 zamanı bağçalar işləyəcək?
  10 Sentyabr 2024    Oxunub:1325
“Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri fəaliyyət göstərsin”.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, çalışan analar üçün bağçalar olduqca önəmlidir:

“Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi proses üçün bu fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürür”.

AzVision.az


Teqlər:





Xəbər lenti