Paşinyan: "Sülh sazişində 13 maddə razılaşdırılıb"

      Paşinyan:    "Sülh sazişində 13 maddə razılaşdırılıb"
  10 Sentyabr 2024    Oxunub:1219
"Sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

Paşinyan razılaşdırılmış bəndləri imzalamağı təklif edib. Ermənistanın baş naziri vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.

"Sülh müqaviləsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb" - Mirzoyan
"Yaxın vaxtlarda sülh və münasibətlərin qurulması ilə bağlı razılaşdırılmış sənədi imzalamağa hazır olduğumu təsdiq edirəm", - o vurğulayıb.

Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə də oxşar fikirlər səsləndirmişdi. O, jurnalistlərə açıqlamasında "Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər" deyib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında imzalanacaq sazişin mətninin 80-90 faiz razılaşdırıldığını bəyan etmişdi.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Sülh  





Xəbər lenti