Erməni biznesmen separatçı liderin verdiyi tapança ilə intihar edib

   Erməni biznesmen separatçı liderin verdiyi tapança ilə intihar edib
  09 Sentyabr 2024    Oxunub:1084
Bu gün Ermənistanın Armavir vilayətində müəmmalı ölüm hadisəsi baş verib.
"Mamul" nəşrinin yaydığı məlumata görə ölən şəxs məşhur iş adamı olub.

"Saat 11:00 radələrində Daxili İşlər Nazirliyinin Vaqarşapat Polis İdarəsinə kəndlərdən birində kişi meyitinin tapılması barədə məlumat daxil olub. Fotomüxbir Qaqik Şamşyanın sözlərinə görə, polis və müstəntiqlər hadisə yerinə gediblər və evin hamamında aşkarlanan kişi meyitinin yanında tapança tapıblar. İlkin məlumata görə, o, intihar edib. Ölən şəxsin İrəvan sakini 38 yaşlı L. olduğu müəyyən edilib", - nəşr yazıb.

Şamşiyan qeyd edib ki, intihar etdiyi iddia olunan şəxs məşhur biznesmen imiş. Maraqlıdır ki, həmin tapança keçmiş qondarma "Artsax" "prezident"lərindən biri tərəfindən ona mükafat olaraq verilibmiş.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti