Qants: "İran əsas problemimizdir"

      Qants:    "İran əsas problemimizdir"
  09 Sentyabr 2024    Oxunub:1078
İsrail diqqətini "Hizbullah"a, Livana və İrana yönəltməlidir. Bu işdə gecikmişik".
Bu sözləri İsrailin keçmiş hərbi kabinetinin üzvü, ordu generalı Benni Qants Vaşinqtonda baş tutan Yaxın Şərq-ABŞ Sammiti (MEAD) forumunda çıxışı zamanı dilə gətirib.

"Qəzzada HƏMAS-la mübarizə aparmaq üçün lazımi gücümüz var. Şimalda (Livan sərhədində - red.) baş verənlərlə, eləcə də İranla və onun tərəfdaşları ilə daha da gecikmədən məşğul olmalıyıq", - o vurğulayıb.

Ali rütbəli hərbçinin sözlərinə görə, ötən il oktyabrda Qəzzadakı müharibəyə paralel şəkildə "Hizbullah"la toqquşmalar başlayan kimi ölkənin şimalının boşaldılması "strateji səhv idi".

"Qəzzada əsir götürülən vətəndaşlarımızın xilası üçün razılığa gəlməliyik, ancaq yaxın zamanda, bir neçə gün və ya bir neçə həftə ərzində bacarmasaq, şimala üz tutmalıyıq. Lazım gələrsə, bütünlüklə Livan dövlətini vurmağa qadirik. Çünki HƏMAS-la münaqişə artıq təqribən başa çatıb. Əsas məsələmiz İran və onun regiondakı tərəfdaşlarıdır", - Qants söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   Livan   münaqişə  





Xəbər lenti