"Parlamentdə açılan kafeyə "məclis" adını qoyun" - Kazaryan

"Parlamentdə açılan kafeyə "məclis" adını qoyun"    - Kazaryan
  09 Sentyabr 2024    Oxunub:1146
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, siyasi fəal Edqar Kazaryan parlamentin sədri Alen Simonyanı tənqid edib.
AzVision.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb.

Qeyd edilib ki, keçmiş məmur Ermənistan Milli Assamleyasının həyətində kafe açılmasını biyabırçı addım kimi qiymətləndirib.

O, yeni kafe üçün adlar da təklif edib: "Kazaryan Azərbaycanın hökumətə, ölkəmizə təsirlərinin artmasına işarə edərək parlamentin həyətindəki obyektə "Məclis", "Bakı" kimi adlar təklif edib. Bundan başqa, Simonyana sataşan siyasətçi yeni kafeyə "Alenin obyekti", "Alenka" yazılmasını da istəyib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti