Ukrayna Radası strateji sənaye nazirini vəzifəsindən azad etdi

Ukrayna Radası strateji sənaye nazirini vəzifəsindən azad etdi
  04 Sentyabr 2024    Oxunub:911
Ukrayna Ali Radası strateji sənaye naziri Aleksandr Kamışinin istefa müraciətini qəbul edib. Rada bununla da Kamışkinin vəzifədən azad edilməsini təmin edib.
Deputat Yaroslav Jeleznyakın yerli mediaya verdiyi açıqlamada qeyd edilib ki, nazirin işdən çıxarılmasına 243 deputat səs verib.

Xatırladaq ki, dünən üç nazir, eləcə də Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina da istefa ərizələrini Radaya göndərmişdi. Bu gün isə Ukrayna Ali Radası xarici işlər naziri Dmitri Kulebadan istefa məktubu alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti