Kuleba istefa ərizəsi yazıb

 Kuleba istefa ərizəsi yazıb
  04 Sentyabr 2024    Oxunub:1279
Ukrayna Ali Radası xarici işlər naziri Dmitri Kulebadan istefa məktubu alıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk məlumat yayıb.

Stefançuk sosial şəbəkə hesabında nazirin məlum bəyanatının skrinşotunu paylaşıb.
"Müraciətə növbəti plenar iclaslardan birində baxılacaq", - Radanın spikeri paylaşımda yazıb.

Xatırladaq ki, dünən üç nazir, eləcə də Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina da istefa ərizələrini Radaya göndərmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti