Bloomberg: "Türkiyə BRİKS-ə üzvlük üçün müraciət göndərib"

      Bloomberg:    "Türkiyə BRİKS-ə üzvlük üçün müraciət göndərib"
  02 Sentyabr 2024    Oxunub:1085
"Rəsmi Ankara BRİKS təşkilatına qoşulmaqla öz nüfuzunu gücləndirmək niyyətindədir".
Məsələ ilə bağlı "Bloomberg" xəbər agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə vurğulanır ki, Türkiyə artıq üzvlüklə bağlı "rəsmi müraciət göndərib". Adı açıqlanmayan məlumatlı şəxslər vurğulayırlar ki, Ankaranın bu addımında məqsəd "ənənəvi Qərb müttəfiqlərinə alternativ kimi sözügedən təşkilata üzv ölkələrlə yeni qarşılıqlı əlaqələr yaratmaq"dır.

"Çünki Türkiyə hökumətinin fikrincə, geosiyasi ağırlıq mərkəzi artıq inkişaf etmiş ölkələrdən uzaqlaşmaqdadır", - "Bloomberg" yazır.
Bakının müraciətinə BRİKS-in Kazan sammitində baxıla bilər

Agentlik diqqətə çatdırır ki, Türkiyənin BRİKS-ə üzvlüklə bağlı müraciətinə təşkilatın oktyabrın 22-24-də Kazanda baş tutacaq sammitində baxıla bilər. Yeri gəlmişkən, həmin sammitdə Azərbaycanın da müraciətinin nəzərdən keçirilməsi gözlənilir.

Xatırladaq ki, iyunun 10-da Rusiyanın Nijni Novqorod şəhərində BRİKS-ə üzv ölkələrin XİN rəhbərlərinin iclasına Türkiyənin xarici işlər naziri Hakan Fidan da qoşulmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   BRİKS   Azərbaycan   üzvlük  





Xəbər lenti