Paşinyan: "Ermənilərin Qarabağa qayıtması qeyri-realdır"

   Paşinyan: "Ermənilərin Qarabağa qayıtması    qeyri-realdır"
  31 Avqust 2024    Oxunub:1540
Keçmiş separatçı liderlərin təklif etdiyi şərtlərlə ermənilərin Qarabağa qayıtması hazırda real deyil.
AzVision.az xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bu qaçılmaz həqiqəti erməni cəmiyyətinin diqqətinə çatdırıb.

“Ermənilərin qaytarılmasından “Dağlıq Qarabağ”ın mövcudluğuna xitam verilməsi haqqında fərman imzalayan və onu təcili tərk edən insanlar danışır, - Paşinyan deyib.

Böyük ehtimalla müxalifətə eyham vuran baş nazir “dağılma haqqında fərman”dan bir qədər əvvəl orada “hakimiyyət” dəyişikliyi baş verdiyini və bunu “Ermənistanın tanınmış dairələri”nin dəstəklədiyini söyləyib.

Ermənistanın baş naziri bu kontekstdə Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa niyə getməsinə də aydınlıq gətirməyə çalışdığını bildirib.

- Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu bu mənada kim göndərib, Ermənistana göndərib, kim Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib? Sonda kim dedi: “Bilirsən nə var? Biz özümüz onun kim olduğunu əməlli-başlı bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır”. Bu suallara cavab istəyirik, yoxsa yox? Bu, həqiqətən də bizim üzləşdiyimiz ciddi problemdir”, - Nikol Paşinyan açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Vardanyan  





Xəbər lenti