Makronun Durova nə təklif etdiyi məlum olub

   Makronun Durova nə təklif etdiyi məlum olub
  28 Avqust 2024    Oxunub:1228
2018-ci ildə Fransa prezidenti Emmanuel Makron “Telegram”ın yaradıcısı Pavel Durova messencerin baş ofisini Parisə köçürməyi təklif etsə də, ondan rədd cavabı alıb.
AzVision.az xəbər verir ki, hadisələrin gedişatından məlumatlı olan mənbələrə istinad edən “The Wall Street Journal” nəşri belə yazıb.

Qəzet bildirir ki, bu təklif əvvəllər haqqında məlumat verilməyən nahar zamanı olub və onda Durov bundan imtina edib. Qəzetin həmsöhbətlərindən biri Makronun hətta “Telegram”ın təsisçisinə Fransa vətəndaşlığının verilməsi məsələsini də müzakirə etdiyini açıqlayıb.

Vəziyyətlə tanış olan insanların dediyinə görə, Makronla görüşdən bir il əvvəl, 2017-ci ildə fransız casuslarının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə “Bənövşəyi musiqi” adlı birgə əməliyyatda Durova hücumu zamanı onun “iPhone”-unu sındırıblar. Çünki Fransanın təhlükəsizlik orqanları İslam Dövləti üzvlərinin yaraqlıları cəlb etmək və hücumlar planlaşdırmaq üçün “Telegram”dan istifadə olunmasından son dərəcə narahat idilər.

Yeri gəlmişkən, Yelisey sarayındakı mənbəyə istinad edən “Le Canard Chainé” qəzetinin yazdığına görə, “Telegram” messencerinin qurucusu Pavel Durov polisə bildirib ki, həbs olunduğu gün prezident Emmanuel Makronla nahar etməli imiş. Lakin həmin axşam Le-Tukedə olduğunu bildirən Yelisey sarayı “Telegram” messesncerinin yaradıcısının iddiasını təkzib edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Durov  





Xəbər lenti