Varşava Kiyevin xahişini rədd edib

   Varşava Kiyevin xahişini rədd edib
  28 Avqust 2024    Oxunub:915
Ukrayna prezidenti Volodimir Zelenskinin xahişinə əsasən, Polşa öz MiQ-29-larını Kiyevə yalnız daha müasir bir əvəzləmə əldə etdikdən sonra verə bilər.
AzVision.az “Wirtualna Polska” portalına istinadən xəbər verir ki, Polşanın Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamış belə deyib.

Nəşr xatırladıb ki, dünən keçirdiyi mətbuat konfransında Volodimir Zelenski Polşadan sovet modelli qırıcıların, o cümlədən MiG təyyarələrinin Ukraynaya verilməsi üçün razılıq almaq istədiyini bildirib.

Polşanın Müdafiə naziri Ukraynanın prezidentini yaxşı başa düşdüyünü, lakin Varşavanın “öz təhlükəsizliyi prizmasından qərarlar verdiyini” və artıq Ukrayna üçün əlindən gələni etdiyini diqqətə çatdırıb.

“Mən bilirəm ki, Ukraynanın çoxlu silaha ehtiyacı var, lakin ukraynalı tərəfdaşlarımız da başa düşməlidirlər ki, Polşa dövləti öz imkanlarını qoruyub saxlamalıdır”, - Vladislav Kosinyak-Kamış bildirib.

Polşanın MiQ-29 qırıcılarını Ukraynaya ötürülməsinə gəldikdə, o, belə qərarların yalnız Polşa Hərbi Hava Qüvvələrinin (HHQ) yeni təyyarələrlə, xüsusən də ABŞ-dan sifariş edilmiş F-35-lərlə gücləndirilməsindən sonra baş verilə biləcəyini vurğulayıb.

“Yalnız yeni təyyarələr alındıqdan sonra, xüsusilə də Polşanın hava məkanını qorumaq üçün hələ də istifadə edilən MiQ-29 kimi köhnə təyyarələri başqa məqsədlərlə istifadə etmək mümkündür”, - Polşanın Müdafiə naziri qeyd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Ukrayna   təyyarələr  





Xəbər lenti