Mask Durovla bağlı Makrona müraciət edib

Mask Durovla bağlı Makrona müraciət edib
  27 Avqust 2024    Oxunub:681
Amerikalı sahibkar və ixtiraçı milyarder İlon Mask teleqramın yaradıcısı Pavel Durovun həbs olunmasının səbəblərinin açıqlanması üçün Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

"Dünya ictimaiyyətinin onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat əldə etməsi faydalı olardı", - deyə o, paylaşımda qeyd edib.

Fransa Pavel Durovdan Azərbaycana qarşı istifadə edəcək. Nə etməli?
Fransa prezidentinin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin Durovu həbs etmək qərarının siyasi motivlərlə əlaqəsi yoxdur. Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Durovun Fransaya Azərbaycandan gəldiyi məlum olub.

Məlumata görə, o, terrorizm, fırıldaqçılıq və narkotik ticarəti ilə bağlı cinayətlərdə iştirakda ittiham edilir. Pavel Durovun saxlanması ilə bağlı Fransa tərəfdən heç bir rəsmi açıqlama verilməyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   PavelDurov   Telegram   Rusiya   Fransa  





Xəbər lenti