Rusiyada şəkər istehsalının təxminən 10% azalacağı gözlənilir

Rusiyada şəkər istehsalının təxminən 10% azalacağı gözlənilir
  24 Avqust 2024    Oxunub:1062
“Rusiyada şəkər çuğunduru yığımından sonra şəkər istehsalı əvvəlki mövsümlə müqayisədə təxminən 10% azalaraq 6,1 milyon tona düşə bilər”.
Bu barədə TASS-a Rusiyada Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutunun (İKAR) baş direktoru Dmitri Rılko bildirib. Onun sözlərinə görə, istehsalın azalmasına səbəb Rusiyanın cənubunda isti və quraq havaların davam etməsidir:

“Şəkər istehsalı ilə bağlı proqnozlar mövcuddur. Təxminən 6,1 milyon ton şəkər istehsalı gözlənilir ki, bu da keçən illə müqayisədə xeyli azdır. Halbuki, 2023-cü ildə 6,8 milyon ton şəkər əldə edilib”.


AzVision.az


Teqlər: Şəkər   Rusiya  





Xəbər lenti