Yaponiyanın düyü ehtiyatları kəskin azalıb

Yaponiyanın düyü ehtiyatları kəskin azalıb
  24 Avqust 2024    Oxunub:862
Yaponiyanın əsas qida məhsullarından biri olan düyü ehtiyatları 1999-cu ildən bu yana ən aşağı səviyyəyə düşüb.
Bu məlumatı ölkənin Kənd Təsərrüfatı, Meşə və Balıq Təsərrüfatı Nazirliyi təqdim edib. İyunun sonu - iyulun əvvəlinə olan məlumata görə, özəl sektorda ehtiyatların səviyyəsi 1,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 410 min ton və ya 20% azdır.

Bu, son 25 ilin minimumudur. Bununla yanaşı, cari ilin birinci yarısında düyüyə tələbat 7,02 milyon tona yüksəlib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 110 min ton çoxdur.

AzVision.az


Teqlər: Düyü   Yaponiya  





Xəbər lenti