Kiyev sülh danışıqlarına başlamaq istəyir?

   Kiyev sülh danışıqlarına başlamaq istəyir?
  23 Avqust 2024    Oxunub:1078
Kiyev payızda Rusiya ilə danışıqlara başlamaq üçün zəmin hazırlamaq istəyir. Moskva isə Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumundan sonra a danışıqları istisna edir.
Ukrayna prezideni Volodimir Zelenskiyə yaxın mənbəyə istinad edən “Kyiv Independent” nəşri Kiyevin payızda Moskva ilə danışıqlar üçün zəmin hazırladığını yazır.

Bundan əlavə, Ukraynanın Rusiya ilə ərzaq və nüvə təhlükəsizliyi ilə bağlı danışıqlara başlamaq və “hamının hamıya” düsturu əsasında məhbusların mübadiləsini müzakirə etmək niyyətində olduğu iddia edilir. Daha əvvəl bildirildiyi kimi, Zelenskinin ofisi dolayı iştirak variantını nəzərdən keçirir və vasitəçi qismində Türkiyəni seçir.

“The Washington Post” qəzetinin yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu Moskva və Kiyev arasında avqust ayına planlaşdırılan qismən atəşkəslə bağlı Qətərdə aparılan gizli danışıqları pozub. Lakin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qətər və Türkiyənin vasitəçiliyi ilə bağlı xəbərlərin şayiə olduğunu bildirib.

Ukraynanın Kursk bölgəsinə hücumundan sonra Kiyevlə danışıqların mümkünlüyünü Rusiya prezidenti Vladimir Putin istisna edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirib ki, ukraynalılar regiona girməzdən əvvəl Moskva sülhlə bağlı lazımsız müzakirələrə erkən başlamaqla “danışıq tələsinə” düşə bilərdi.

Xatrıladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da səhər saatlarında Kursk vilayətinə kütləvi hücuma başlayıb. Nəticədə Ukrayna hərbçiləri Rusiya ərazisində bir sıra yaşayış məntəqələrini ələ keçiriblər. Son məlumatlara görə, Kursk bölgəsində 30 dinc sakin həlak olub, 140-dan çox insan yaralanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kiyev   Moskva   danışıqlar  





Xəbər lenti