İran XİN rəhbəri: "Aİ ilə münasibətlərin inkişafını alqışlayırıq"

      İran XİN rəhbəri:    "Aİ ilə münasibətlərin inkişafını alqışlayırıq"
  23 Avqust 2024    Oxunub:1202
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel arasında telefon danışığı baş tutub.
Söhbətin əvvəlində Borrel Əraqçiyə İranın ali diplomatı vəzifəsinə təyinatı münasibətilə öz təbrikini çatdırıb. O, mövcud regional və qlobal problemlər fonunda İran-Avropa İttifaqı siyasi dialoqunun əhəmiyyətini vurğulayıb.

"Ümidvaram ki, ikitərəfli məsləhətləşmələr İranın yeni hökuməti dövründə daha da genişlənəcək", - Borrel deyib.

Əraqçi, öz növbəsində, İran və Aİ arasında çoxşaxəli və geniş əməkdaşlıq sahələrini diqqtə çatdırıb.

"İran Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı hörmət əsasında inkişafını alqışlayır. Bu inkişaf çərçivəsində qarşılıqlı anlaşmazlıqlar, Avropa ölkələrinin yanlış siyasətlərini öz həllini tapmalıdır", - deyən Əraqçi ölkəsinə qarşı qoyulan sanksiyalara eyham vurub.

Tərəflər söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzular, eyni zamanda, Qəzza zolağında cari vəziyyətlə bağlı müzakirələr aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran    





Xəbər lenti