ABŞ çoxsaylı təhdidlərlə üzləşib

   ABŞ çoxsaylı təhdidlərlə üzləşib
  22 Avqust 2024    Oxunub:1133
Amerikanın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey ölkənin görünməmiş sayda təhdidləri ilə üzləşdiyini və hüquq-mühafizə orqanlarının işində çətinliklər olduğunu düşünür.
AzVision.az xəbər verir ki, “Associated Press” agentliyinə müsahibəsində Kristofer Rey Rey bütün karyerası boyu “bir çox müxtəlif növ milli təhlükəsizlik təhdidlərinin eyni vaxtda ortaya çıxdığı bir dövrü xatırlamaqda çətinlik çəkdiyini deyib. O, xüsusilə, FTB-nin “həm ölkə daxilində, həm də beynəlxalq miqyasda” terror təhlükəsinin artması, həmçinin əqli mülkiyyətin oğurlanması və seçki infrastrukturuna kiberhücumlarla üzləşdiyini bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərində qarşılaşdıqları çətinlikləri nəzərə alaraq, eyni anda baş verən bir çox təhlükənin birləşməsindən narahatam”, - FTB-nin direktoru vurğulayıb.

Onun fikrincə, dövlət qurumları ilə özəl sektor, o cümlədən biznes və elmi ictimaiyyət arasında tərəfdaşlıq belə bir şəraitdə təhlükəsizlik təhdidləri ilə mübarizənin effektiv üsulu ola bilər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Abş   FTB   təhdidlər  





Xəbər lenti