Yair Lapid: “Netanyahu, sənə görə hamı öləcək”

   Yair Lapid: “Netanyahu, sənə görə hamı öləcək”
  21 Avqust 2024    Oxunub:949
İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Binyamin Netanyahunu tənqid edərək, “bütün girovlar ölməzdən” əvvəl onu dərhal razılığa gəlməyə çağırıb.
AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, Yiar Lapid Netanyahunu danışıqları sabotaj etməkdən əl çəkməyə səsləyib.

“Brifinqlər, tvitlər kifayətdir. Netanyahunun danışıqları sabotaj etməyə yönəlmiş bütün cəhdləri dayandırılmalıdır. Müqavilə dərhal bağlanmalıdır”, - müxalifət lideri deyib.

O, həmçinin, oktyabrın 7-də Nəqliyyat naziri Miri Regevin rəhbərlik edəcəyi dövlət anım mərasiminə qatılmayacağını da diqqətə çatdırıb.

“Beeridə, Sderotda və Nir Ozda həlak olanların ailələri ilə birlikdə olacağam. Bu hökumət legitim olmadığından onların xatirəsinə layiq deyil. Netanyahu hökumətinin və onun ekstremistlərinin həyata keçirə biləcəyi və etməli olduğu yeganə mərasim istefa və dövlət təhqiqat komissiyasının yaradılmasının elan olunmasıdır”, - Lapid vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lapid   Netanyahu  





Xəbər lenti