Britaniya hökuməti xəbərdarlıq etdi: “Paylaşmazdan əvvəl düşünün!”

   Britaniya hökuməti xəbərdarlıq etdi:    “Paylaşmazdan əvvəl düşünün!”
  20 Avqust 2024    Oxunub:1396
Britaniya hökuməti əhaliyə sosial şəbəkədəki paylaşımlarla bağlı xəbərdarlıq edib.
Krallığın prokurorluq xidmətinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşdığı, Britaniya hökumətinin isə repost etdiyi məlumatda əhali nəyisə paylaşmazdan əvvəl düşünməyə çağırılır.

“Zorakılıq və nifrət məzmunlu çağırışlar təkcə ziyanlı deyil, həm də qanunsuzdur”,- postda deyilir.

Krallığın prokurorluq xidməti bildirib ki, onlayn zorakılıq çağırışlarına ciddi yanaşır və lazım olanda araşdırma aparacaq. “Bunu yaxşı yadda saxlayın və paylaşımlarınızın məsuliyyətini dərk edin. Unutmayın ki, onların nəticələrilə üzləşməli olacaqsınız”.

Samir Quliyev
AzVision.az



Teqlər: Sosial-şəbəkə  





Xəbər lenti