Ermənipərəst Menendes siyasi karyerasını bitirir

   Ermənipərəst Menendes siyasi karyerasını bitirir
  17 Avqust 2024    Oxunub:1224
Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes siyasi karyerasını avqustun 20-də bitirəcəyini açıqlayıb.
Bu barədə “The New York Times“ qəzeti məlumat yayıb. Qeyd olunub ki, rüşvətxorluq, fırıldaqçılıq və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunan B. Menendesin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi istisna edilmir.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub. Menendes həmçinin, Misirin xarici agenti kimi fəaliyyət göstərib. Belə ki, Misirin avtoritar hökumətini təmsil edən rəsmilər ABŞ-nin silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Robert Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini qeyd ediblər.

Bundan başqa Menendes rüşvət almaqda və Qətərə casusluqda da ittiham olunur.Senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib.


AzVision.az




Teqlər:





Xəbər lenti