Makronun Ermənistana səfəri gözlənilir

   Makronun Ermənistana səfəri gözlənilir
  16 Avqust 2024    Oxunub:1249
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 21-də bu ölkəyə yollana bilər.
Ermənistanın "Joxovurd" qəzetinin Fransadakı erməni icmasından aldığı məlumata görə, Makronun səfəri "ölkənin suverenliyinə dəstək" məqsədi daşıyır.

Xatırladaq ki, Fransa Prezidenti Ermənistana axırıncı dəfə 2018-ci ilin oktyabrında Beynəlxalq Frankofoniya Təşkilatının İrəvan sammitində iştirak üçün getmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Ermənistan   prezident   səfər  





Xəbər lenti