Google: "İrandan Tramp və Baydenin kampaniyalarına kiberhücumlar aşkarlanıb"

      Google:    "İrandan Tramp və Baydenin kampaniyalarına kiberhücumlar aşkarlanıb"
  15 Avqust 2024    Oxunub:1382
ABŞ Prezidenti Co Baydenin və keçmiş prezident Donald Trampın seçki kampaniyasının internet resurslarına İrandan kiberhücum həyata keçirildiyi iddiası irəli sürülür.
"Google" şirkəti vurğulayır ki, kiberhücumların arxasında iranyönümlü "APT42" haker qrupu durur.

"May və iyun aylarında Prezident Co Bayden və keçmiş prezident Donald Trampla əlaqəli təqribən 10 nəfərin şəxsi e-poçt hesabı, habelə hazırkı və sabiq hökumət rəsmilərinin, seçki kampaniyaları ilə əlaqəli şəxslərin məlumatları haker hücumuna məruz qalıb", - şirkətin məlumatında bildirilir.

Eyni zamanda, "APT42" qrupunun yeni üsullarla kiberhücumlara davam etdiyi diqqətə çatdırılır.

Ötən günlərdə ABŞ-nin Federal Təhqiqat Bürosu da Trampın kampaniyasına İran vasitəsilə baş verən mümkün haker hücumunu araşdırdığını, daxili yazışmalara icazəsiz girişin qeydə alındığını açıqlamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İran   kiberhücum   Google  





Xəbər lenti