Afrikada meymunçiçəyi epidemiyasına görə fövqəladə vəziyyət elan edilib

Afrikada meymunçiçəyi epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
  13 Avqust 2024    Oxunub:720
Məlumata görə, xəstəlik Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, Konqoda meymunçiçəyi epidemiyası “Clade I” kimi tanınan endemik ştammın yayılması ilə başlayıb. Lakin sonra “Clade Ib” kimi tanınan yeni bir variant ortaya çıxıb və bu xəstəlik, xüsusilə uşaqlar arasında müntəzəm yaxın təmas vasitəsilə daha asan yayılır.

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) keçən həftə virusun yayılma sürətinin həyəcan verici olduğu barədə xəbərdarlıq edib.

Qeyd edilib ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti