Polşa ABŞ-la birlikdə “Patriot” sisteminin elementlərini istehsal edəcək

   Polşa ABŞ-la birlikdə “Patriot” sisteminin elementlərini istehsal edəcək
  12 Avqust 2024    Oxunub:915
Polşa ABŞ-ın "Raytheon" konserni ilə “Patriot” hava hücumundan müdafiə sisteminin bir hissəsi olan 48 raket buraxılış qurğusunun birgə istehsalı ilə bağlı müqavilə imzalayıb.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Polşa Radiosu məlumat yayıb.

Bildirilib ki, Polşa tərəfi saziş çərçivəsində buraxılış qurğuları üçün avadanlıq, eləcə də sistemlərə elektron dəstək verəcək. Bundan əlavə, Polşa texniki dəstək, bəzi raket komponentlərinin və radar sistemlərinin elementlərinin istehsalına diqqət yetirəcək.

Müqavilə çərçivəsində avadanlığın bir hissəsinin Polşada istehsal olunacağı və 2027-29-cu illərdə Polşa ordusunun istifadəsinə veriləcəyi nəzərdə tutulur.

“Patriot” sistemləri Polşada hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biridir”, - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti