Serj Sarqsyanın qardaşı və oğulları prokurorluğa çağırılıb

Serj Sarqsyanın qardaşı və oğulları prokurorluğa çağırılıb
  09 Avqust 2024    Oxunub:723
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan, həyat yoldaşı və oğulları qanunsuz əmlakın müsadirəsi ilə bağlı iş üzrə prokurorluğa dəvət edilib.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlara əmlaklarının mənşəyini araşdırdıqları barədə məlumat verib və onların müsadirə olunmalı olduğu qənaətinə gəliblər.

Eyni zamanda nəzarət qurumu konkret olaraq hansı əmlakın müsadirə edilməsi barədə məlumat vermir.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Aleksandr Sarqsyan və onun oğulları Hayk və Narek təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olublar. 2021-ci ilin iyununda paytaxt məhkəməsi Narek Sarqsyanı qanunsuz silah saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və adam oğurluğunu təşkil etməkdə təqsirli bilib. O, 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Narek Sarqsyan bir müddət xaricdə gizlənib, lakin 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb və bir ildən sonra Ermənistana ekstradisiya edilib.
Onun kiçik qardaşı Hayk 2007-ci ildə adam öldürməyə cəhddə, qanunsuz silah və sursat saxlamaqda ittiham olunurdu. Lakin sonradan maddənin təsnifatı dəyişdirilib, iddia müddəti bitdiyi üçün cinayət işinə xitam verilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Ermənistan   SerjSarqsyan   AleksandrSarqsyan  





Xəbər lenti