İran İsraildən qisas almaq qərarına yenidən baxa bilər - Politico

 İran İsraildən qisas almaq qərarına yenidən baxa bilər -    Politico
  08 Avqust 2024    Oxunub:737
Məqalədə qeyd olunur ki, ABŞ İranı İsrailə ağır zərbə vurmaqdan çəkindirməyə çalışır.
AzVision.az xəbər verir ki, rəsmi Tehranın diqqətinə çatdırılıb ki, ağır cavab zərbəsi iki ölkə arasında birbaşa müharibəyə və regional qarşıdurmaya səbəb ola bilər.

Ağ Ev-dən İrana təxminən belə bir mesaj göndərilib: "İ.Haniyəyə sui-qəsd cəhdində bir nəfər də olsun İran vətəndaşı zərər görməyib. Ona görə də İran mümkün qədər təmkinli olub regional müharibədən qaçmalıdır".

Bundan başqa İranda yenicə prezident seçilmiş Məsud Pezeşkian da irimiqyaslı hərbi gərginlikdən qaçmağa çalışır. Bəzi KİV-də prezidentin İsrailə sərt cavab verməməklə bağlı ali dini lideri dilə tutduğu da yazılır.

AzVision.az



Teqlər:





Xəbər lenti