Fransa Ermənistana 75 milyon avro kredit verəcək

   Fransa Ermənistana    75 milyon avro    kredit verəcək
  08 Avqust 2024    Oxunub:1101
Ermənistan hökuməti öz iclasında Fransa İnkişaf Agentliyindən 75 milyon avro məbləğində kreditin alınmasını təsdiqləyib.
AzVision.az Rusiyanın “TASS” agentliyinin məlumatına İstinadən xəbər verir ki, yerli kanallar Ermənistan hökumətinin iclasını real vaxt rejimində göstəriblər.

“Proqram üç əsas hissədən ibarətdir: dövlət maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi; dövlət qiymətli kağızlar və pul bazarlarının infrastrukturunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni alətlərin hazırlanması və daha şəffaf idarəetmənin təmin edilməsi”, - Ermənistanın Maliyyə naziri Vage Ohanesyan bildirib.

Ermənistan hökumətinin təmsilçisiinin dediyinə görə, proqram Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilir. Fransadan alınacaq kredit 2024-cü ildə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək, borcun əsas məbləğinin ödənilməsi müddəti isə 20 il təşkil edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   Ermənistan   kredit  





Xəbər lenti