Daha bir ölkə vətəndaşlarına İsrailə getməməyi tövsiyə edib

Daha bir ölkə vətəndaşlarına İsrailə getməməyi tövsiyə edib
  08 Avqust 2024    Oxunub:839
Belarus vətəndaşlarına lazım olmadıqca İsrailə getməməyi tövsiyə edib.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik eyni zamanda İsraildə yaşayan vətəndaşlarından Tel-Əviv hakimiyyətinin tövsiyələrinə, həmçinin şəxsi təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, Fələstinin HƏMAS təşkilatın lideri İsmayıl Haniyənin İranda öldürülməsi və rəsmi Tehranın İsraili günahlandırması vəziyyəti daha da ciddiləşdirib. İranın İsrailə qarşı cavab əməliyyatının gözləndiyi bir vaxtda Qərb nümayəndələri regionda genişmiqyaslı və çoxtərəfli müharibə riskindən narahatdırlar.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti